İranın Bidqanə hərbi-raket bazasında partlayış.. Ali Xameneiyə sui qəsd ... Hərbi çevriliş cəhdi və Mojtaba Xameneinin bütün bunlarla nə əlaqəsi?

14-09-2026, 08:08           
İranın Bidqanə hərbi-raket bazasında partlayış.. Ali Xameneiyə sui qəsd ... Hərbi çevriliş cəhdi və  Mojtaba Xameneinin bütün bunlarla nə əlaqəsi?
Mənim yadıma vaxtilə Xameneinin oğlunun həbs olunması və sonradan buraxılması ilə bağlı köhnə bir əhvalat düşdü. Başladım araşdırmağa. Üzündən uzun müddət keçdiyi üçün çox əlləşməli oldum. Məlumatların çoxu artıq arxivləşib, bəziləri silinib,bəziləri qalıb. Mən qalanları sizinlə paylaşmaq istəyirəm. Düzü bu köhnə palan içi olsa da yeni palan da elə onun içindəkilərdən bəlkə də yaranıb. Necə deyərlər:"yarımçıq qalmış olan yeni variantda yenilənib və tətbiq olunub."
2011-ci ilin noyabrında İranın Tehran yaxınlığındakı Bidqanə hərbi-raket bazasında güclü partlayış baş verdi. Partlayış nəticəsində aralarında İranın raket proqramının əsas simalarından olan general Həsən Tehrani Müqəddəmin də olduğu 17 SEPAH əməkdaşı öldü.
İran hakimiyyəti hadisəni qəza kimi təqdim etdi. Lakin həmin vaxt xarici mətbuatda bunun İsrail və ya ABŞ tərəfindən həyata keçirilmiş sabotaj olması barədə də iddialar yayıldı.
Amma, bir ay sonra məsələ daha da maraqlı şəkil aldı.
2011-ci il dekabrın 13-də Al Arabiya İran mənbəsinə istinadən xəbər yaydı ki, Ali Xamenei özünə qarşı sui-qəsd planının üstünü açıb və bununla əlaqədar yüksək rütbəli SEPAH komandirləri və onun mühafizəçiləri arasında həbslər aparılıb.
İddiaya görə, Xameneini 12 noyabrda Bidqanə raket bazasına getməyə razı salmaq və orada baş verəcək partlayış nəticəsində öldürmək planlaşdırılıb. Daha sonra isə hərbi çevriliş və müvəqqəti idarəetmə qurulması nəzərdə tutulub.
Bu xəbərin ən maraqlı tərəfi isə odur ki, həmin şəxslər arasında Ali Xameneinin oğlu Mojtaba Xameneinin də adı çəkilib.
APA-nın 14 dekabr 2011-ci il tarixli xəbərində də Al Arabiya-ya istinadən açıq şəkildə Mojtaba Xameneinin atasına qarşı sui-qəsd planı ilə əlaqədar saxlanılanlar arasında olduğu yazılıb.
Eyni məlumat həmin günlərdə rusdilli və digər xarici mətbuatda da yayılıb. NEWSru, REGNUM, News.am, PanARMENIAN və Jerusalem Post bu xəbəri müxtəlif formada dərc ediblər.
Bəzi versiyalarda daha da maraqlı detal var:
Xameneinin öldürülməsindən sonra yaradılması planlaşdırılan müvəqqəti idarəetmə şurasına Mojtaba Xameneinin rəhbərlik etməsinin nəzərdə tutulduğu iddia edilirdi.
İndi isə əsas məsələ:
Bu hadisə həqiqətən belə olmuşdumu?
Burada artıq ehtiyatlı olmaq lazımdır. Çünki mən hazırda 2011-ci ilin həmin xəbərlərindən başqa, Mojtaba Xameneinin həbsini və ya sui-qəsd planını müstəqil şəkildə təsdiqləyən İran rəsmi sənədi tapa bilmədim. İran hakimiyyəti də həmin vaxt bu iddiaları təsdiqləməmişdi.
Bidqanə partlayışının məhz Xameneini öldürmək məqsədi ilə törədildiyi də sübut olunmayıb.
Amma bir faktı da danmaq olmaz: 2011-ci ilin dekabrında bu məlumatlar müxtəlif ölkələrin mediasında real xəbər kimi yayımlanmışdı və həmin xəbərlərdə Xameneinin oğlunun adı konkret olaraq çəkilirdi.
Amma, Mojtaba Xameneinin adı ilə bağlı Bidqanə sui-qəsd xəbəri ayrıca mövcuddur və 2011-ci ilin həmin dövrünə aid müxtəlif media materiallarında sənədləşib.
Mənbələr:
APA — 14 dekabr 2011
Al Arabiya — 13 dekabr 2011
Jerusalem Post — 13 dekabr 2011
REGNUM — 14 dekabr 2011
News . am — 14 dekabr 2011
PanARMENIAN — 14 dekabr 2011
...
P.S Bu köhnə palan içi idi. Sandığı açıb,pambığı tökmədim ki, sonra bəziləri pambığı görüb məni Məşədi ibadın sözü olmasın:"Qarabağın pambıq bəylərinə oxşadarlar". Amma, başqa daha maraqlı şeylər də tapmışdım. Bəlkə də gələn dəfə "sandıq, pambıq" söhbəti oldu. Bu dəfə isə budur.
Ceyhun Abdullayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]