Biz eşitmişik "Segah dəsgahı", "Rast dəsgahı", "Şur dəsgahı"... olar, "Çay dəsgahı" haradan çıxdı?

14-09-2026, 00:09           
Biz eşitmişik "Segah dəsgahı", "Rast dəsgahı", "Şur dəsgahı"... olar, "Çay dəsgahı" haradan çıxdı?
Bakıda hansı çayxanaya gedirsən ki, bir stəkan çay içəsən, deyirlər "verə bilmərik, çay dəsgahı istəyin, verək"!
"Çay dəsgahı" da nədən ibarət olsa yaxşıdır, 10-15 gündən qalmış qupquru xırda şirniyyatlardan, limon, çay və qənddən!
Köpək uşağı turş karameldən-zaddan da qoymurlar ki, şəkər xəstəliyi olanlar çay içsinlər!
Ümumiyyətlə, şəkər xəstələrinə çayxana fırıldaqçılarının gətirdikləri şirniyyatlar qəti olmaz!
Sentyabrın 12-də Şamaxıdakı "Məlhəm" restoranında da çay içmək istədik, xidmətçi dedi "biz ancaq "Çay dəzgahı" verə bilərik!"
Deməli, "Çay dəsgahı" fırıldağı rayonlara da yayılıb!
Məqsəd aydındır: Müştəridən çoxlu pul qoparmaq! Şair demişkən, "Kimi al dadırsan, a zalım oğlu?"
Xeyrəddin Qoca












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]