Bir fotonun tarixçəsi: Qəhrəmanlıq hadsəsinin izi ilə... TƏFƏRRÜAT/FOTO
28-06-2021, 11:08

Teref.az olaraq "https://teref.biz/gundem/196929-bir-seklin-tarixcesi.html" yazımıza gələn şərhləri nəzərə alaraq, kiçik bir araşdırmadan sonra bu hadisə haqqında hərbi jurnalist Elgün Gəncimsoyun baş vermiş qəhrmanlıq haqqında və bu qəhrəmnalığı edərkən canlı qüvvəmizin həyatını xilas edən BTR sürücüsü 23 yaşlı Nəriman Atakişiyev barədə yazını sizə təqdim edirik:
Bir fotonun tarixi...
Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər davam edirdi. Düşmənin xüsusi ilə bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarıca qan tökmək lazım idi. Ancaq müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiyə səddini yararaq tapşırılan bir neçə yüksəkliyi azad etmişdi. İgid əsgər Talış kəndinə və Suqovuşan yoluna dərinlikdən nəzarət Ağ uçuq yüksəkliyinə çıxıb. Həmçinin dəniz səviyyəsindən min üç yüz metrdən artıq yüksəklikdə yerləşən zirvəsini azad etməlidir ki, Ağuçuq zirvəsinə olunan əks həmlələr səngisin və əlaqə yolları vurulmasın. Bölmələr hərəkətə başlayır. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir, yol boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vurulur. Sözügedən əraziyə "Qaranlıq meşə" deyirlər. Buranın təmizlənməsi barədə general-mayor Hikmət Həsənova məruzə olunur. Komandir şəxsi heyyəti strateji yüksəkliyi azad etmələri münasibəti ilə təbrik edir.
Meşə o qədər qalındır ki, burada iyirmi metrdən artıq dərinliyin müşahidəsini aparmaq mümkün deyil. İşğalçı ordunun 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin qəfl basqını baş verir. Yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan bir tankımız sıradan çıxır. Ancaq ağır döyüşdə şəxsi heyyət itkisi olmur. Polkovnik-leytenant (ŞƏHİD) Əfqan Əbdulrəhmanov, polkovnik-leytenant (ŞƏHİD) Soltan Məmmədov və Mayor Bəhruz Qələmiyev oradakı qüvvəni yenidən cəmləyərək müdafiə mövqeyi qurur. Bir neçə saat ərzində düşmənin üç əks həmləsinin qarşısı alınır. Bir saatandan artıq olar ki ərazidə tam sakitlikdir.
Həmlə taborunun şəxsi heyyəti və yuxarıda adları çəkilən zabitlər növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki dükənib. Təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin PDM-2-si peyda olur. İgid döyüşçülərimiz nə edəcəyini bilmirlər. PDM isə durmadan atəş açır. Ümidlərin puç olduğu: Hər kəsin Şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir. Lakin o aralıda olan BTR-ə minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Ermənin PDM-2 heyyəti nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i bizə atəş açan döyüş texnikasının üstünə mindirib onun qülləsinin hərəkəti məhdudlaşdırır. Bundan sonra Əfqan Əmraslanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən PDM-nə tərəf qaçarıb onun "lyuk"una əl qumbarası ataraq heyyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. Partlayış nəticəsində baş verən yanğından BTR-i xilas etmək olmur. Cünki toqquşma zamanı döyüş maşınımızda nasazlıq yaranmışdı...
Beləliklə şəkildə gördüyünüz bu mənzərə yaranır.
Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-i idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyatı təhlükəni atlatmağı bacarıb.
Elgün Gəncimsoy
Teref.az

