Yazıçı Əli Həsənovu "zır" savadsızlıqda ittiham etdi:Olmayan ölkə haqqında namizədlik disertasiyası müdafiə edib...

13-09-2020, 15:39           
Yazıçı Əli Həsənovu "zır" savadsızlıqda ittiham etdi:Olmayan ölkə haqqında namizədlik disertasiyası müdafiə edib...
Teref.az yazır ki, yazıçı Tural Cəfərov (Qan Turalı) Əli Həsənovun namizədlik disertasiyası ilə bağlı status paylaşıb. Statusu oxuculara təqdim edirik:
Bur dəfə Əli Həsənov demişdi ki, Çe Qevaranı tanımır... Tarix fakültəsini bitirib. Yazmışdım ki, qapançı olmayıb deyə tanımırsan...

Əli Həsənovun namizədlik dissertasiyasının adını elmi dərəcəsi olan iki tarixçi dostuma göndərdim. Ikisi də dedi ki, bu adda dissertasiyanı AAK qəbul edə bilməz. Mövzu belədir: "1917-1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı...

Ən sadəsini deyəcəm. İxtisasım tarix olmasa belə bunu mən də bilirəm. Məsələ bundadır ki.. SSRİ 1922-də qurulub.

Yoldaşlar da əlavə etdilər ki, Azərbaycan ZSFSR üzvü kimi SSRİ-onun tərkibinə 1936-da daxil olub.

5 il mövcud olmayan ölkə haqda yazır və əslində göstərilən tarixin cəmi 5 ilini (1936-1941) Azərbaycan SSRİ-nin tərkibində olub.

Başqa şeylər də dedilər...

Day heç nə...

P. S. 25 il Adminstrasiyada "İctimai-siyasi" şöbənin müdiri olasan, amma statuslarını ancaq dostlar üçün açıq qoyasan. Bu da bir özgə mətləbdir.
Teref.az olaraq Əli Həsənovunda mövqeyini dərc edə bilərk!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]