İtaliyadan kritik qərar: Bab-əl-Məndəb boğazına qoşun yeridilir

18-09-2026, 10:18           
İtaliyadan kritik qərar: Bab-əl-Məndəb boğazına qoşun yeridilir
İtaliyanın müdafiə naziri Quido Krozetto ölkəsinin Bab-əl-Məndəb boğazında İtaliyaya məxsus gəmilərin təhlükəsiz keçidini müstəqil şəkildə təmin etmək niyyətində olduğunu bəyan edib.

Bu barədə "Il Messaggero" qəzeti xəbər verir.

"Bab-əl-Məndəb boğazında yaranan və Hörmüz boğazındakı böhranla üst-üstə düşərək iqtisadi fəsadlara yol açan mürəkkəb vəziyyət fonunda biz Baş Qərargah rəisi ilə birlikdə İtaliya gəmilərinin təhlükəsiz keçidi üçün zəruri şərait yaratmaq məqsədilə Hərbi Dəniz Qüvvələrini cəlb etmək qərarına gəldik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Bab-əl-Məndəb boğazı qlobal dəniz ticarətinin 10%-ni və xam neft daşımalarının 12%-ni təmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]