Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır

16-09-2026, 09:29           
Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ABŞ və Niderlandın müvafiq qurumları ilə birgə İran tərəfindən casus proqram təminatının yayılması barədə xəbərdarlıq edib.

B barədə NCSC-nin saytı xəbər verir.

Bildirilib ki, Tehran hakimiyyətinin təhdid hesab etdiyi şəxslər - həm İran daxilində, həm də dünyanın müxtəlif ölkələrində yaşayan siyasi fəallar, jurnalistlər və hökuməti tənqid edən şəxslər hədəfə çevrilirlər.

Məlumata görə, casus proqram təminatı ailəsi CHOSEN BRICK adlanır. İranlı hakerlər bu proqramları "WhatsApp" və "Telegram" kimi mesencerlər vasitəsilə yayırlar.

Hakerlər çox vaxt özlərini zərərçəkənin tanışı və ya texniki dəstək xidmətinin əməkdaşı kimi təqdim edirlər. Proqram təminatı qurğunun ekranına giriş əldə etməyə və istifadəçinin bütün fəaliyyətini izləməyə imkan verir.

Qeyd olunub ki, proqram tamamilə silindikdən sonra belə sistemdə qala bilər.

Haker hücumlarından sonra bəzi istifadəçilərin şəxsi məlumatlarının iranyönümlü saytlarda dərc edildiyi də bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]