Ərəb ölkəsində böyük kəşf: 110 milyon tonluq uran yatağı tapıldı

16-09-2026, 16:44           
Ərəb ölkəsində böyük kəşf: 110 milyon tonluq uran yatağı tapıldı
Səudiyyə Ərəbistanında tərkibində uran olan filizin böyük ehtiyatları aşkarlanıb.

Ölkənin energetika naziri, şahzadə Əbdüləziz bin Salman yatağın ehtiyatlarının 110 milyon ton həcmində qiymətləndirildiyini açıqlayıb. Bu barədə “The National News” məlumat yayıb.

Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransında çıxış edən nazir bildirib ki, kəşf Mədinə şəhəri yaxınlığındakı Cəbəl Səid layihəsi ərazisində aparılan işlər zamanı edilib. Geoloji tədqiqatlar nəticəsində uran və ağır nadir torpaq elementlərinin yüksək konsentrasiyasına malik filiz müəyyənləşdirilib.

Yatağın işlənməsi iyul ayında imzalanmış ABŞ-Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi və müdafiə sahəsində sazişin çərçivəsinə daxildir.

Razılaşmanın şərtlərindən biri krallıq ərazisində ABŞ şirkətləri tərəfindən uranın zənginləşdirilməsi zavodunun tikintisinə yol aça biləcək tədqiqatların aparılmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]