Fuci dağına çıxanlara yeni qayda: Xilasetmə pullu olacaq

16-09-2026, 11:44           
Fuci dağına çıxanlara yeni qayda: Xilasetmə pullu olacaq
Yaponiyanın Yamanasi prefekturası Fuci dağına rəsmi dırmanma mövsümündən kənar çıxaraq çətin vəziyyətdə qalan şəxslərin helikopterlə xilas edilməsi üçün ödəniş tətbiq etməyə hazırlaşır.

Qaynarinfo-nun “Kyodo” agentliyinə istinadən məlumatına görə, Yamanasi prefekturasının rəsmiləri Fuci dağına dırmanma mövsümü olan 1 iyul–10 sentyabr tarixlərindən kənar əraziyə çıxan şəxslərlə bağlı yeni qərar qəbul edib.

Qərarın 2027-ci ilin sentyabrından qüvvəyə minməsi nəzərdə tutulur. Buna əsasən, rəsmi mövsümdən kənar Fuci dağına çıxaraq riskə yol verən və hava şəraiti səbəbindən dağda çətin vəziyyətdə qalan şəxslər üçün həyata keçirilən helikopterlə xilasetmə əməliyyatlarının xərcləri onların özlərindən tutulacaq.

Yerli hakimiyyət orqanları bildiriblər ki, mövsümdənkənar dırmanış zamanı əlverişsiz hava şəraiti səbəbindən insanların dağda köməksiz qalması riski yüksəkdir. Buna baxmayaraq, son dövrlərdə bu cür dırmanışların artdığı müşahidə olunur.

Yamanasi və Şizuoka prefekturalarının ərazisində yerləşən Fuci dağı Yaponiyanın ən yüksək nöqtəsidir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dağ ölkənin ən məşhur dırmanış marşrutlarından biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]