İranda rejim yenə xalqın ümidinə qaldı - ABŞ-dan qorunmaq üçün "Könüllülər batalyonu" yaradılır

14-09-2026, 11:18           
İranda rejim yenə xalqın ümidinə qaldı - ABŞ-dan qorunmaq üçün "Könüllülər batalyonu" yaradılır
İranda ABŞ-nin hücumundan müdafiə məqsədilə "Özünü fəda edənlər" kampaniyası çərçivəsində mindən çox könüllü batalyonu yaradılacaq.

Bu barədə kampaniyanın qərargahının bəyanatında deyilir.

Məlumata görə, ölkənin hər bir sakini kampaniyada iştirak edə və İranı müdafiə etmək üçün könüllü kimi qeydiyyatdan keçə bilər. Qeyd olunur ki, müraciət edənlərin sayının çox olması səbəbindən min batalyonun yaradılması qərara alınıb.

Bundan sonra, sentyabrın 15-də bütün qeydiyyatdan keçmiş könüllülər hərbi hazırlıq və ilkin tibbi yardım kurslarından keçə biləcəklər.

Saytdakı məlumatlar göstərir ki, hazırda kampaniyanın təşkilatçıları 31,5 milyondan çox müraciət alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]