Avtomobil komponentləri təchizatçısı 130 illik fəaliyyətdən sonra müflis oldu

14-09-2026, 17:24           
Avtomobil komponentləri təchizatçısı 130 illik fəaliyyətdən sonra müflis oldu
Almaniyanın avtomobil komponentləri istehsalçısı “Prinz&Co. Stahlrohre” 130 illik fəaliyyətindən sonra müflis olduğunu elan edib.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Essen məhkəməsi şirkətlə bağlı ilkin müflisləşmə proseduruna başlayıb. “Prinz&Co. Stahlrohre” 1896-cı ildə fəaliyyətə başlayıb və hazırda yüksək dəqiqlikli polad boruların istehsalı üzrə ixtisaslaşıb. Şirkət bütün dünyada avtomobil oturacaqları, təhlükəsizlik yastıqları və hidravlik sistemlər üçün komponentlər tədarük edir.

Bildirilib ki, şirkətin müflisləşməsinə Avropanın avtomobil sənayesində uzunmüddətli böhran, xammal və enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, həmçinin yay aylarında satışların fəlakətli şəkildə azalması səbəb olub.

İyunda “Volkswagen” şirkətinin rəhbəri Oliver Blume sərt qənaət siyasətini və 2030-cu ilədək 50 min əməkdaşın ixtisar edilməsi planını təsdiqləyib. Konsern həmçinin Avropadakı zavodlarında istehsalı 2028-ci ilədək artıq planlaşdırılan 1 milyon avtomobil azaldılmasına əlavə olaraq daha 500 min avtomobil azaltmaq niyyətindədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]