Rusiyanın qonşusu F-35-lər alır

31-01-2020, 10:20           
Rusiyanın qonşusu F-35-lər alır
Polşa bu gün ABŞ-la F-35 təyyarələrinin alınmasına dair razılaşma imzalayacaq.

Axar.az xəbər verir ki, müqaviləyə əsasən, Varşava ABŞ-dan 32 ədəd F-35A təyyarəsi alacaq. Təyyarələr Varşavaya 4,6 milyard dollara başa gələcək. Bu məbləğ logistika və təlimlərə də aid olacaq.

Müqavilənin imzalanma mərasimində Polşa Prezidenti Anjey Dudanın da iştirak edəcəyi qeyd edilib.

Qeyd edək ki, F-35-lər Polşa ordusunda MiQ-29-ları əvəzləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]