Bidzina İvanişvili seçicilərə verdikləri dəstəyə görə təşəkkür edib

28-11-2018, 21:20           
Bidzina İvanişvili seçicilərə verdikləri dəstəyə görə təşəkkür edib
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib.

“Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, - partiya sədri bildirib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkür edib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]