İranın Kürdüstan əyalətində atışma

28-11-2018, 14:53           
İranın Kürdüstan əyalətində atışma
İranın Kürdüstan əyalətinin Banə şəhərində atışma baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sərhədi qanunsuz keçərək ölkə ərazisinə girməyə çalışan bir qrup naməlum yaraqlı şəxslə əsgərlər arasında silahlı qarşıdurma yaranıb.

İraq sərhədinə yaxın məntəqədə baş verən atışma nəticəsində Bərvişkani polis qərargahının komandiri Mustafa Əbdülməliki bir neçə güllə yarası alaraq həlak olub.

Yaraqlı şəxslər gecə qaranlığından istifadə edərək hadisə yerindən qaça biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]