“Üzərinizə asfalt tökəcəyəm” - Paşinyan məmurları hədələdi

27-11-2018, 22:02           
“Üzərinizə asfalt tökəcəyəm” - Paşinyan məmurları hədələdi
Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan Spitak rayonunda seçki kampaniyası çərçivəsində Respublikaçı Partiyasının üzvləri olan kənd icmalarının rəhbərlərini təhdid edib.

Teref.azTeleqraf.com xəbər verir ki, o, seçiləcəyi halda respublikaçı olan bütün kənd rəhbərlərini vəzifələrindən uzaqlaşdıracağını deyib.

Seçiciləri ilə görüşən Paşinyan çıxışında bildirib: “Niyə respublikaçı kənd rəhbərləri hələ də öz postlarında qalırlar? Seçkilərlə kəndliləri qorxutmaq üçün, yoxsa ağlımıza gəlməyən başqa səbəblər var? O zaman bilin ki, seçildikdən sonra ofislərinizə gələcəyəm və sizi boynunuzun arxasından tutub kənara atacağam”.

Çıxışına davam edən Paşinyan qeyd edib: “Bu ölkədə vətəndaşı qorxutmaq istəyən varmı? Siz kimsiniz? Hamınızın üzərinə asfalt tökəcəyəm. Respublikaçılar və oliqarxlar, sizin üzərinizdən asfalt yol çəkəcəyəm, o asfaltın altından çıxa bilməyəcəksiniz”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]