Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb

13-12-2020, 13:00           
Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Çayqırağı” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Mikayıl Hümbətov ilə yanaşı onun müştəriləri Akif Dəmirçiyev, Zaur Əliyev, Arif Quliyev, Fikrət Məmmədov,Şövqü Həsənov və Tayfun Cavadov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]