Hər 100 manata ən çox hansı şəxsi sığorta növündə ödəniş edilib?
14-08-2026, 17:24

2026-cı ilin yanvar-iyun ayları üzrə sığorta göstəricilərinin 2025-ci ilin eyni dövrü ilə müqayisəsi ayrı-ayrı sığorta sinifləri üzrə fərqli dinamikanın formalaşdığını göstərir.
Valyuta.az xəbər verir ki, tibbi sığorta üzrə sığorta haqları 88,4 mln manatdan 97,3 mln manata yüksələrək təxminən 10,2% artıb, sığorta ödənişləri isə 42,5 mln manatdan 46,1 mln manata çataraq 8,4% artım nümayiş etdirib.
Bununla belə, tibbi sığortada hər 100 manat sığorta haqqına düşən ödəniş 48,1 manatdan 47,4 manata enib, yəni 0,7 manat azalıb.
Xaricə səfər sığortasında sığorta haqları 2,3 mln manatdan 4,3 mln manata yüksələrək təxminən 87,1%, ödənişlər isə 266 min manatdan 511 min manata çataraq 92,1% artıb; hər 100 manata düşən ödəniş də 11,6 manatdan 11,9 manata yüksəlib.
Fərdi qəza və xəstəlik sığortasında isə haqlar 2,9 mln manatdan 4,0 mln manata qədər artsa da, ödənişlər 249 min manatdan 182 min manata geriləyib və nəticədə hər 100 manata düşən ödəniş 8,6 manatdan 4,5 manata enib.
Sığorta sinfi 2026 Sığorta haqqı 2026 Ödəniş 2026 hər 100 AZN-ə ödəniş 2025 Sığorta haqqı 2025 Ödəniş 2025 hər 100 AZN-ə ödəniş Dəyişmə
Şəxsi sığorta, o cümlədən 95 680 46 782 48,9 AZN 93 559 43 025 46,0 AZN +2,9 AZN
Tibbi sığorta 97 335 46 089 47,4 AZN 88 359 42 510 48,1 AZN -0,7 AZN
Xaricə səfər edən vətəndaşların sığortası 4 306 511 11,9 AZN 2 301 266 11,6 AZN +0,3 AZN
Fərdi qəza və xəstəlik sığortası 4 040 182 4,5 AZN 2 899 249 8,6 AZN -4,1 AZN
13.08.2026
Sərvanə Rəmixanova

