Bakıda kranın aşmasının ilkin səbəbi açıqlandı: - Təhlükəsizlik qaydalarına riayət edilməyib

4-09-2020, 18:18           
Bakıda kranın aşmasının ilkin səbəbi açıqlandı: - Təhlükəsizlik qaydalarına riayət edilməyib
Bakıda kranın aşdığı ərazidə tikinti işləri aparan “Qaranti İnşaat 2012” şirkətinin hüquqşünası Fərid Həsənov baş verən hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

Trend-in məlumatına görə, o açıqlamasında bildirib ki, sözügedən kran işlək vəziyyətdə olmayıb və əraziyə yeni quraşdırılıb: ""Qaranti İnşaat 2012" pilot layihə çərçivəsində burada tikinti işləri ilə məşğuldur. Təxminən, iki ay əvvəl - 20 iyun tarixindən bizim kran sahibi olan şirkətlə - “Kran Group MMC” ilə müqaviləmiz var. Müqaviləyə əsasən, “Kran Group MMC” tikinti məqsədilə kranı bu ərazidə quraşdıraraq bizə təhvil verməli idi. Hadisə isə kranı quraşdıran zaman baş verdiyindən məsuliyyət “Kran Group MMC”-nin üzərinə düşür".

Şirkət əməkdaşı əlavə edib ki, quraşdırılma zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün kran aşıb və hadisə zamanı kranın sürücüsü vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]