Türkiyədəki hotellərdə tək gələn kişi turistlərə kütləvi qadağa tətbiq olunur

8-10-2026, 15:17           
Türkiyədəki hotellərdə tək gələn kişi turistlərə kütləvi qadağa tətbiq olunur
Türkiyədə fəaliyyət göstərən hotellər tək səyahət edən kişi turistləri yerləşdirməkdən kütləvi şəkildə imtina etməyə başlayıblar. Bu addımın əsas səbəbi kimi həmin şəxslərin spirtli içki qəbul etdikdən sonra yarada biləcəkləri münaqişə və insidentlər göstərilir.

Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Qeyd edilir ki, internet üzərindən hotel rezervasiyası sistemlərinə "tək kişiləri qəbul edir" adlı yeni axtarış parametri əlavə edilib. Səyahətçi dostu ilə birlikdə müraciət edərsə, hoteldə yerləşdirilmə şansı arta bilər. Lakin tək səyahət edən kişilərin otaq bron etmək ehtimalı xeyli azalır.

Turizm agentliklərinin nümayəndələri bildirirlər ki, bu cür məhdudiyyətlər əsasən dəniz sahilində, birinci xəttdə yerləşən ailəvi istirahət mərkəzlərində tətbiq olunur. Hətta turist hotelə gəldikdən sonra da qəbul bölməsində onun yerləşdirilməsindən imtina edilə bilər.

Bu məhdudiyyətlərin əsas səbəblərindən biri tək səyahət edən kişilərin sərxoşluq zəminində mübahisə və insident yaratması riskinin yüksək olmasıdır. Bununla belə, turistin yanında qadınların, hətta sadəcə rəfiqələrinin olması otaq bron etmək ehtimalını ciddi şəkildə artıra bilər.

Bu tendensiya qadınların əksər hallarda yanlarında olan şəxslərin xuliqanlıq hərəkətlərinə yol verməsinin qarşısını alması ilə izah edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]