İsraildən Türkiyəyə ən çox hansı mallar ixrac olunub? - SİYAHI

7-10-2026, 00:09           
İsraildən Türkiyəyə ən çox hansı mallar ixrac olunub? - SİYAHI
Ötən il İsrailin Türkiyəyə ixracı 10,87 milyon dollar təşkil edib.

Yeniavaz.com BMT-nin beynəlxalq ticarət məlumat bazasına - COMTRADE-ə istinadən xəbər verir ki, İsraildən Türkiyəyə ixrac olunan məhsullar arasında elektrik, elektron avadanlıqlar ilk sırada yer alıb.

Qeyd edək ki, ümumi ixracın yarıdan çoxu - 5,48 milyon dolları elektrik, elektron avadanlıqlarının payına düşüb.

2025-ci ildə İsraildən Türkiyəyə ixrac edilən məhsulların siyahısı aşağıdakı kimi olub:
Elektrik, elektron avadanlıqlar – 5,48 milyon dollar;
Maşınlar, nüvə reaktorları, qazanlar – 4,60 milyon dollar;
Optik, foto, texniki, tibbi aparatlar – 306 min dollar;
Pambıq, keçə, toxunmamış materiallar, ipliklər, kəndir, ip – 173 min dollar;
Nəqliyyat vasitələri – 101 min dollar;
Plastiklər – 70 min dollar;
Dəmir və polad – 48 min dollar;
Əczaçılıq məhsulları – 48 min dollar;
Dəmir və ya polad məmulatları – 32 min dollar;
Trikotaj və ya əllə toxunmuş geyim əşyaları – 2 min dollar;
Trikotaj və ya əllə toxunmamış geyim əşyaları – 2 min dollar;
Keramika məhsulları – 1 min dollar;
Oyuncaqlar, oyunlar, idman ləvazimatları – 1 min dollar;
İncəsənət əsərləri, kolleksiya və antik əşyalar – 1 min dollar;
Mirvarilər, qiymətli daşlar, metallar, sikkələr – 1 min dollar;
Növünə görə göstərilməyən mallar – 4 min dollar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]