Dünən Qızılbaşla savaş, bu gün ittifaq: Atatürkün Qızılbaşlardan kömək istəməsi

7-10-2026, 12:34           
Dünən Qızılbaşla savaş, bu gün ittifaq:
Müasir dövrdə qızılbaşlıq
Qızılbaşlığın dövrümüzə qədər gəlib çıxdığını, bu təriqətin yaşadığını anlamaq üçün çox maraqlı bir faktı göstərmək istəyirik.
Türkiyədə milli azadlıq hərəkatının başlanğıcında 1919-cu il dekabr ayının 18-də Atatürk Ərzurum və Sivas konqreslərindən sonra Sivasdan Ankaraya yola düşür, ertəsi gün o Qaysəriyə gəlir və Hacı Bəktaşi Vəli pirinə getməyi qərara alır. Çünki Qızılbaş və Bəktaşilərin Orta Anadoluda nüfuzu çox böyük idi.
Dekabr ayının 23-24-də Atatürk qızılbaşların Çələbici Cəmaləddin əfəndi və Hacı Bəktaşi Vəli pirinin Dədə vəzifəsini yerinə yetirən Salih Niyazi Baba ilə görüşmüşdür. Bu görüşün nəticəsində Qızılbaşlar milli mübarizədə müştərək hərəkət edəcəklərinə söz vermişdilər.
1920-ci il aprel ayının 23-də Böyük Millət Məclisi açıldığında Çələbi Cəmaləddin əfəndi Qırşexirdən millət vəkili seçilmiş və eyni zamanda Məclisin sədr müavini olmuşdur.
İstinad: “Qızılbaşlıq haqqında”, elmi red. Oqtay Əfəndiyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]