Ön Türklərin Anadolu, Quzey İkiçayarası Subar - Subartu dövləti m.ö. III minilliyin əvvəlləri.
6-10-2026, 15:54

** Subar Tayfa Birliyi yarananda hələ dünyanın heç bir yerində dövlət yox tayfa birlikləri belə mövcud deyildi. İlk əkinçilk Subar yəni Su adamı, çayqıraqlı, su ətrafında yaşayanlar adlanan öntürk tayfa birliyi tərəfindən yerinə yetirilirdi. Subarlar m.ö 1o min il əvvəl Urmu gölü və Van gölünün batısında Dəclə-Fərat çayları ətrafında dünya xalqlarından fərqli olaraq yüksək mədəniyyət yaratmışdılar. Sonrakı dövrlərdə isə 5 min il öncə Subar dövlətini qurdular. Ən qədim dövrdən dövlət yarandığı dövrə qədər bu bölgəyə başqa xalqlar hələ gəlmədiyinə görə Subar Eli həmişə öz mövcudluğunu minillər boyu daim öz varlığını saxlamışdır.**
** Tarixi mənbələrdə daha çox Subartu ölkəsi və ya Subar eli olaraq adlandırılan coğrafi və etno-siyasi birlik, e.ə. III minillikdə Mesopotamiyanın şimalında və Urmiya gölü ətrafında (tarixi Azərbaycan torpaqlarında) mövcud olmuşdur. "Subar dövləti" dedikdə, tək bir mərkəzləşmiş imperiyadan daha çox, qədim Subar (Su) tayfalarının qurduğu ilkin dövlət qurumu və siyasi birliklər nəzərdə tutulur. Subartu bölgəsi qədim Şumer, Akkad və Assur mixi yazılı sənədlərində Yuxarı Dicle (Dəclə) və Bağdadın şimalından başlayaraq Urmiya gölünün cənubuna qədər uzanan geniş ərazini əhatə edirdi. Mənbələrdə bu ərazi bəzən "Su adamlarının ölkəsi" kimi də qeyd olunur.**
** Subarlar (və ya Su tayfaları) qədim Azərbaycan. Anadolu və İkiçayarası ərazisində yaşamış ilkin etno-siyasi birliklərdən biridir. Elmi ədəbiyyatda onların etnik mənşəyi barədə fərqli fikirlər var. Bir çox araşdırmaçı və proto-türk tarix tezisləri subarları qədim türk tayfaları (Su, Sabir, Sibir nəsli) ilə əlaqələndirir. Digər tərəfdən, subarların bölgənin qədim yerli xalqı olan hurrilərlə yaxın qohumluğu və ya onlarla çulğalaşması da qeyd olunur. Bir çox tarixçilərə görə bu məlumat düzdür, çünki Hurrilərdə elə qədim ÖnTürk boylarından biridir.**
**“E.e. III - II minilliklərdə su tayfaları Zaqroş dağlarında və Urmiya gölünün cənubunda yaşayırdılar. Bu etnonimin ilkin forması suv//sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnonimini İkiçayarasının iimaiında geniş bir erazide yaşayan Subir/ZSubar və Urmiya gölü hövzəsində yerləşmiş suvbi/sumbi tayfa adlanmn qısaldılmış (şəki)> v'isiz) forması hesab edərək Subər/subar adlarını sonrakı türk mənşəli sabır/Zsuvaf tayfalannın adı ile eyniləşdirmişlər. Qədim və erkən orta əsr qaynaqlarında rast gəlinən bu etnonimlərə türk dilləri baxımından yanaşılsa, etnonimlərə -ir, -ar sözlərinin əlavə edildiyini görmək olar. Qədim türk dillərində ir//ar eyni mə’nalı söz kimi «er, kişi» mə’nasını daşıyır. Etnonimin kök sözü sub//suv qedim türk dillərində «su, çay» mə’nasını daşıyırdı. Ola bilsin ki, qedim zamanlar su, yaxud çay kənarında yaşayan tayfalar müvafiq suıətde adlanırmışlar. Qedim qaynaqlarda sular ilə əlaqədar bir sıra ifadələr işlədilmişdir. Məsələn, «Su ölkəsinə mənsub lulu», «Şubar (Subar) ölkəsinə mənsub lulu». Deməli, lullular və sular qanşıq yaşayırmışlar. Bə’zi ballarda Aratta ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta, Lullübum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşdur. Sular da tuıukki və lullu tayfa birləşmələrinə daxil idilər.”(Akad. Ziya Bunyadov, Azərbaycan tarixi. 2014.)**
** Azərbaycan və bir çox türk tarixçilərinin, əsasən də ****[Prof. Dr. Firudin Ağasıoğlu](https://www.google.com/url?sa=i&source=web&rct=j&url=https://tarihvearkeoloji.blogspot.com/2016/08/subar-subir-subartu-sabir-sibir-turkleri.html&ved=2ahUKEwjlruil682WAxX3_rsIHX0tF78Qy_kOegoIAggACAAIFBAD&opi=89978449&cd&psig=AOvVaw3kvl6d4V-C_aegADpxEuRg&ust=1788367785261000)****nun araşdırmalarına "Urmu nəzəriyyəsi" görə, subarlar proto-türk (qədim türk)** **tayfalarından biri hesab olunur. Onların adı sonrakı dövrlərdəki Sabir (Suvar/Sibir) türk boyları ilə əlaqələndirilir.**
** Prof.Dr Firudin Cəlilov “Doqquz Bitik” Subar Eli yəni dövləti haqqında geniş məlumat verir. “Yazılı qaynaqlarda ilk adı çəkilən türk boyu subar lardır. Bağdaddan yuxarı İkiçayarası əraziləri əhatə edən Subartu ölkəsinin sakinləri m.ö. III minilin ortalarından mixi yazılarda «çay adamı» anlamını bildirən subar adı ilə tanınırdı. Bu etnonim İkiçay arasında yaşayan prototürk boylarının ümumi adı idi. Subarların burada yaşam tarixi subar adının mixi yazılarda qeyd olunduğu tarixdən çox qədimdir. Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd kulturu çağlarında, yəni VII-IV minillərdə Subar ölkəsinə başqa etnosun gəlməsi faktı yoxdur. Görünür, m.ö. IV minilin ortalarında Atayurddan ilk böyük köçün başlanması ilə dağılan prototürk çağından sonra Atayurdun güney-batı bölgəsində qalan subar boyları bura gələn ilk sami axınlarına qədər Subar tunun əsas avtoxton əhalisi olmuşdur. Çünki sonralar bir-birinin ardınca İkiçayarasına gəlib yerləşən sumer, akad, hurri boylarından əvvəl bura dakı yer-yurd adlarının çoxu türkcə idi. Ona görə də, Quzey-İkiçayarasında formalaşıb, ilkin prototürk Atayurdunun yaxın bölgələrinə yayılan qədim Xasun və Xalaf kulturunun da subar boylarına aid olması ehtimalı böyükdür, çünki Subartu adlanan ərazidə subarlardan əvvəl yaşamış hər hansı başqa bir xalqın (etnosun) adı tarixə bəlli deyil. Laqaş ensisi Eannatum (m.ö. XXVI) və Akad çarı Naram-Suenə (m.ö. XXIII) aid yazılarda əks olunan Subartu adının mənşəyi daha qədimdir. Bu ölkədə subar boylarının yaşaması heç kimdə şübhə doğurmur, lakin bəzi alimlər hurri boylarının İkiçayarasına m.ö. II minilin başlarında gəlməsini deyil, burada III minildən mövcud olmasını əsaslandırmaq üçün subar adlarını hurri sözü kimi verməyə cəhd etmişlər. Ancaq İ.Gelb «Hurrilər və Subarlar» adlı kitabında hurri və subarların ayrı-ayrı xalq olduğunu aydın göstərmişdir. O, subarların Zaqros dağlarında yaşa yan lulu, qut və sair boylarla qohum olduğunu yazır. Subar adının izahında müxtəlif yozumlar olmuşdur. Bəziləri adın sonrakı sabir variantından çıxış edərək, adın sapmaq feilindən yaranmış «yolunu azan» anlamı daşıdığını, qazax alimləri isə sibir adının «sulu yer» (sub-yer) bildirdiyini yazmışlar. Lakin adın ilkin subar forması su (çay) kənarında yaşayan, çaylı anlamında yaranmış «sub ər» sözüdür. Subarlar haqqında bilgi iki minil boyunca sumer və akad-asur yazılarında verilir. Bundan sonrakı əsrlərdə isə subarları Doğu-Anadolu, Azərbaycan, Quzey-Qafqaz, İtil yaxası və Batı-Sibir bölgələrində qeyd edən suriya, yunan-latın, hay, gürcü, ərəb, fars və türk dilli qaynaqlarda görmək olur. Bəzi qaynaqlarda «Subar ölkəsi» əvəzinə, «Su ölkəsi» ifadəsi də işlənmişdir və bu variant daha çox Güney-Azərbaycan subarları ilə bağlı olan mətnlərdə özünü göstərir. Görünür, sub > suw > su fonetik dəyişməsi hələ o çağlarda bəzi protoazər dialektində başlanmışdır: sun-bi (< sumbi), sum-bi, suv-bi, suw-bi və su-bi variantları adın kökündəki sub/su sözlərinin fonetik inkişafını aydın göstərir. Ikiçayarasında «Su ölkəsi adamları», «su boyları» anlamında LUSu, LUSuki, LUSu-akl, LUSu-a adının m.ö. III minildən bəlli olduğunu yazan Y. B. Yusifov mixi yazılardakı «Lu-lu LUSu-ak1» və «Lu-lu Şubur» ifadələrində lulu boyunun Su və Subar ölkə sində yaşaması nəzərdə tutulduğunu, bəzən Aratta ölkəadının da işarəsi kimi verilən SU.KUR.RA sumeroqramı altında da «Su ölkəsi» anlamı dur dıığunu qeyd edir. Sonralar belə bir türk «Su eli» (ölkə/dövlət) Çin qay nağında yad olunur. Göründüyü kimi, subar//subi etnonim paralelliyi Subar//Subi//Su toponim paralelliyini tamamlayır və subar boyadının «çaylı» anlamında sub + ər modelində yarandığını bir daha təsdiq edir.**
** Mənbələrdə Subartu elinin dövlət qurumuna aid məlumat olmasa da, hələ Naram-Suen çağında (XXIII əsr) ensi titulu daşıyan hökmdarı olması haqqında bəlgə vardır. Lakin Subartu ölkəsində bu böyükbəyin (ensinin) bir bölgədə, yoxsa bir neçə bölgəni və boybirliklərini əhatə edən Eldə başçı olması bəlli deyil. Ancaq hələ Ulu Sarqonun (XXIV əsr) vaxtında subarların Akad üzərinə Subartudan yürüş etməsi faktı subarlarda boybirləşmələri qurumu olduğunu göstərir. Görünür, m.ö. III minilliyin ortalarında şəhər-məbəd hakimiyəti güclü olan İkiçayarasının güneyindən fərqli olaraq, quzey bölgələrində tapınaqlar hələ məbəd-kahin hakimiyəti xarakteri almamışdı. Ümumiyətlə, türk boylarının sonrakı tarixi də aydın göstərir ki, çoxiyəli türk toplumunda Təktanrılı inanc sistemi minillərboyu davam etmişdir. Subar Eli dağılandan sonra onun ərazisində çoxlu bəylik yarandı, lakin ensi və ya yanzi titulu daşıyan böyükbəy tərəfindən idarə olunan bəyliklərin çoxu sonralar Akad-Asur dövlətindən asılı vassal bölgələrə çevrildi.**
** İkiçayarasının indiki Bağdaddan yuxarı hissəsi sumer yazılarında Subartu (Subar), aşağı hissəsi isə Kiengir (Kəngər) adlanırdı. Kİ.EN.Gİ yazılıb, Kiengir oxunan bölgə ilə Subartu arasında sonralar Akad (Aqade) şəhəri salınan Ki-Uri bölgəsi yerləşirdi. Öncə sumerlərin Kiengir adlanan əraziyə gəlib məskunlaşması, sonralar isə III minilin başlarından vaxtaşırı Ərəbistan çöllərindən axın-axın gələn sami tayfalarının Subartuya yerləşməsi regionun etnik tərkibini xeyli dəyişdi. İkiçayarasına gələn samilər Akad şəhəri ətrafında güclənib, subar ları daha yuxarılara sıxışdırırdı. Ulu Sarqonun (XXIV əsr) yuxarı Subar bölgələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun yaratdığı sami Akad dövləti Sumer ölkəsini də ələ keçirmişdi. Akaddan yuxarıda formalaşan sami tayfaları subarların Asur məbudu olan şəhərinə yerləşdi və burada akad dilinin fərqli ləhcəsındə danışan samilər Asur şəhərinin əhalisi anlamında asur adlandı. İlk asur çarları sami adı yox, yerli Kikia, Uşpia kimi adlar daşıyırdı. II minilin əvvəlində subar torpaqlarına asurların ekspansiyası gücləndi. Bu vaxt İkiçayarasının yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da yeni hurri axınları ilə qarşılaşdı.” (Prof.Dr Firudin Ağasıoğlu “Doqquz Bitik” III cild.)**
** Subar (Su) tayfaları e.ə. III minillikdə bölgənin digər qüdrətli birliyi olan Kuti dövlət qurumunun tərkibində iştirak edirdilər.E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlət qurumları zəiflədikdən sonra, subarlar (su tayfaları) və turukkilər müstəqil siyasi fəaliyyətə başladılar. Akkad hökmdarları Sarqon və Naram-Sin, həmçinin sonrakı dövrlərdə Assur dövləti Subartu torpaqlarını ələ keçirmək üçün bura tez-tez hərbi yürüşlər təşkil etmişlər. Subarların bölgədəki son siyasi mövcudluğu və bəylikləri e.ə. 673-cü ilə qədər davam etmiş, sonradan digər böyük dövlətlərin tərkibinə qarışmışlar.**
**İstifadə olunan mənbələr.**
**1.Prof.Dr. Firudin Ağasıoğlu “Doqquz Bitik” III cild.**
**2.Akad. Ziya Bunyadov, Azərbaycan tarixi. 2014.**
**3. Ensiklapediya və Vikipediya.**
Təvəkgül Nəbioğlu



