Daha bir cəbhəçi vətəni tərk etdi
14-09-2026, 18:33

AXCP-nin fəal uzvlərindən olan Eminov Rizvan Fərman oglu 02.03.1969 cu tarixdə Sumgayit şəhərində anadan olmuşdur. Ali savadlidir, demokratik düşüncəyə malik vətənpərvər bir insandır. Şəklini təqdim etdiyimiz Eminov Rizvan Fərman oglu Azerbaycanda baş veren hagsizliglara,ruşvətxorluga, söz azadliginin bogulmasina, jurnalistlərin hagsiz yerə şərlənərək həbs edilməsinə göz yummurdu ve AXCP nin mitinglərində öz sözunu layigincə içtimaiyyətə çatdırıdı. 2026-cı il 26-27 martda kecirilən mitingdə yenə ölkədə baş verən haqsızlığa qarşı hakimiyyətə etirazını bildirmiş və hagli ittihamlar irəli surərək sözunu demişdir.
Təəsuflə qeyd edirəm ki, 27.03.2026 tarixində polis əməkdaşlari tərəfindən həbs edilib polis bölməsinə aparılmışdır.
Polis bölməsində ağır işgəncələrə məruz qalan Eminov Rizvan Fərman oglu dözməyərək bir necə boş kazğıza imza atmışdır. Onu tezliklə keçiriləcək məhkəmə prosesi ilə qorxudaraq gecə saatlarında şəhəri tərk etməmək şərti ilə evə buraxıblar.
Xüsusi ilə qeyd etmək lazımdır ki, bundan 1 il önçe də yəni, 2025 ci ilin yanvar ayinda keçirilən Bələdiyyə seçkiləri zamanı AXCP numayəndəsi kimi seçkiyə nəzarət edərkən polis əməkdaşlari tərəfindən onun toxunulmazlığı pozulmuş və saxlanilarag polis bölməsinə aparılmışdı. Polis bölməsində Eminov Rizvan Fərman oglu ona qarşı edilən təzyiqlər zamanı bəzi bədən xəsarətləri almışdı.
27.03.2026-cı il tarixdən sonra Rizvan Eminovun həyatına real təhlükəə olduğundan qorxaraq ölkəni tərk etmişdir. Müqəddərati bəlli deyil!!!
Bu minvalla AXCP uzvləri ölum,işgəncə və yaxud ölkəni tərk etmək məçburiyyəti ilə uz-uzə galirlar…..
P.S. AXCP sədri Əli Kərimli 29 noyabr 2025-ci ildə həbs edilib.
Zaur

