Saxta reseptlə insanları ALDADIRLAR - AXI NİYƏ?..

18-09-2026, 10:06           
Saxta reseptlə insanları ALDADIRLAR - AXI NİYƏ?..
Süni intellektdən istifadə edilməklə saxta resept hazırlandığı və bu yolla insanların aldadılmağa çalışıldığı məlum olub.
Ajans.az xəbər verir ki, qaynar xəttimizə şikayət daxil olub. Müraciət edən şəxs sosial şəbəkələrdə yayılan belə saxta reseptlərdən insanların aldana biləcəyini bildirib.

Görüntülərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin adına hazırlanmış resept blankı əks olunub. Reseptdə müxtəlif dərmanların adları, dozaları və qəbul qaydaları qeyd edilib. Sənəddə tarix 20.02.2020, xəstənin adı isə “Məmmədli İlkin” kimi göstərilib.

Qeyd edək ki, görüntülər pul yığmaq məqsədilə paylaşılır.

Paylaşımın üzərində onun süni intellekt vasitəsilə hazırlandığını göstərən qeyd də mövcuddur. Bu isə reseptin həqiqiliyi ilə bağlı şübhələr yaradıb.

Ajans.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]