Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO

18-09-2026, 15:38           
Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsinin Sabit Orucov küçəsi, 15 ünvanında içməli su küçəyə axır. Nəticədə küçə baxımsız vəziyyətə düşüb.

"Xəzər" TV-yə istinadən xəbər verir ki, hətta ərazini piyada və avtomobillə keçmək olmur.


Sakinlər iddia edirlər ki, yaranmış problem iki həftədən çoxdur həll olunmur. Baş verən vəziyyət evlərin susuz qalmasına da səbəb olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, əraziyə briqada cəlb olunub:

"Hazırda qəzalı xəttin yenilənməsi istiqamətində işlər aparılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]