Bu boyda şəbəkədir, neçə filialı var. 50-yə yaxın insan rəsmi qaydada işləyib, amma aylarla maaşı verilməyib. Sonra da şirkət başqa adama satılıb. Yeni rəhbər də problemi kökündən “həll” edib. Alacağı olan adamların hamısını işdən çıxarıb. TEREF yazır ki, bunu Ilkin Muradov adlı vətəndaş öz sosial şəbəkə səhifəsində yazıb. Ilkin Muradov daha sonra yazır: Həmin işçilər mənə yazır ki, rəsmi qurumlar da baxmır. Mətbuata, bəzi səhifələrə müraciət ediblər. Məlumatları ya paylaşılmayıb, ya da sonradan silinib. Rəsmi qurumlar, əmək müfəttişliyi hara baxır? Bu qədər adamın dərdini kim dinləyəcək? Problemi kim həll edəcək?