25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlığı ilə bağlı problem yarandı - VİDEO

17-09-2026, 12:44           
25 ildən sonra Azərbaycana qayıtdı:
Rusiyadan Azərbaycana qayıdan azərbaycanlı ailə övladlarının təhsil məsələsi ilə bağlı çətinliklərlə üzləşib.

Baku TV bildirir ki, məsələ ilə bağlı valideynlər həmin çətinliklərdən danışıblar.

Onların sözlərinə görə, ailə başçısı 25 il Rusiyada yaşayıb, sonra Azərbaycana gələrək burada ailə qurub:

"Sonra yenidən Rusiyaya getdim. Orada 2010-cu ildə oğlum, 2012-ci ildə isə qızım anadan olub. 2021-ci ildə Azərbaycana qayıtdıq. Hazırda uşaqlarım məktəbə gedir. Mən də istəyərəm ki, uşaqlarım Azərbaycan vətəndaşı olsunlar. ASAN xidmətə müraciət etdim, dedilər ki, müharibə ilə əlaqədar heç bir sənəd verə bilmərik. Oğlum əsgər gedəndə istəyərəm ki, öz vətənində xidmət eləsin, amma sənədləri düz deyil".

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, vətəndaş müvafiq qanunvericiliyin tələblərinə uyğun qaydada prosedurlardan keçməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]