5 min manatdan yuxarı zərərə 21 manatlıq sığorta - Şərtlər
16-09-2026, 16:18
Avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 5 min manatdan çox zərər dəyərsə, artıq hissənin 5 min manatadək olan məbləğini sığorta qarşılaya bilər. Bunun üçün sığorta haqqı isə cəmi 21 manatdır.
Valyuta.az xəbər verir ki, söhbət “Meqa Sığorta”nın könüllü sığorta növünə daxil olan “Mini Kasko” məhsulundan gedir.
Məhsul üzrə sığorta məbləği 5 000 manat, azadolma məbləği də 5 000 manat müəyyən edilib. Bu o deməkdir ki, sığorta ödənişi avtomobilə dəyən zərərin 5 min manatı keçən hissəsi üçün hesablanır.
Məsələn, zərər 7 min manat olarsa, 5 min manatlıq azadolma çıxıldıqdan sonra 2 min manat sığorta təminatına düşür. Zərər 10 min manat və daha çox olduqda isə ödəniş sığorta məbləği çərçivəsində maksimum 5 min manat ola bilər.
Sığorta müqaviləsi 21 manatlıq sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir və yalnız avtonəqliyyat hadisəsi riski üzrə təminat verir.