Bərdə Rayon İcra Hakimiyyəti ittihamlara cavab verdi MÖVQE
15-09-2026, 17:08

TEREF yazır ki,7-09-2026-da dərc etdiyimiz "Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb: "Cənab Prezident, məndən əl çəkmirlər ..."" adlı məqaləyə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən cavab verilib. Verilən cavabı oxuculara təqdim edirik:
Sevinc Hüseynovanın sosial şəbəkələrdə yayılmış videomüraciətinə cavab olaraq bildiririk ki, Dost iş mərkəzində sosial işçi olaraq çalışan Sevinc Hüseynovanın əmək fəaliyyətində göstərdiyi intizamsızlıq və iş yoldaşlarına, həmçinin idarənin rəhbərliyinə qarşı səbəbsiz yerə işlətdiyi nalayiq ifadələrə görə ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o bu əməllərindən çəkinməmiş, sonuncu dəfə rayon Mənzil Kommunal İtismar Birliyinin işçisi Rəhim Əliyevə, İldırım Quliyevə və idarənin digər əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, onları təhqir və təhdid etmiş, onlarla əlbəyaxa olmuş və işçilərə xəsarət yetirmişdir.
Bu səbəbdən onun barəsində rayonun hüquq-mühafizə orqanları tərəfindən inzibati qaydada 9 sutka həbs qətimkan tədbiri seçilmişdir. S.Hüseynovanın əmək müqaviləsinin vaxtı bitdiyi üçün onun əmək müqaviləsinin vaxtı uzadılmamış, 4 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 b (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilmişdir. Müraciət müəllifinin RİH başçısı tərəfindən təzyiqə məruz qalması fikirləri həqiqəti əks etdirmir, şər böhtan xarakteri daşıyır.
Bərdə Rayon İcra Hakimiyyəti
Məsələ diqətimizdədir.

