Şamaxıda poliklinika işıqsız qalıb: Xəstələr çətinliklə üzləşiblər - VİDEO

15-09-2026, 16:18           
Şamaxıda poliklinika işıqsız qalıb: Xəstələr çətinliklə üzləşiblər - VİDEO
Səhər saatlarında poliklinikada elektrik enerjisinin kəsilməsi burada tibbi xidmət almaq üçün gələn vətəndaşların işini çətinləşdirib.

"Xəzər" TV xəbər verir ki, söhbət Şamaxı Rayon Mərkəzi Xəstəxanasından gedir.

Bir neçə saat davam edən fasilə nəticəsində həm xidmətlərin göstərilməsində, həm də elektron sistemdən istifadə zamanı problemlər yaranıb.


Sakinlərin sözlərinə görə, problem yalnız elektrik enerjisinin kəsilməsi ilə məhdudlaşmır. Bəzi hallarda elektron sistemin işləməməsi də növbələrin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, elektrik enerjisinin qısamüddətli kəsilməsi ambulator tibbi xidmətlərin göstərildiyi Poliklinika şöbəsinin yerləşdiyi binada baş verib.

Tibb müəssisəsinin digər şöbələrində tibbi xidmətlərin göstərilməsi fasiləsiz davam etdirilib, pasiyentlərin tibbi xidmətə çıxışı və müalicə prosesi əvvəlki qaydada təmin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]