İllərin yol problemini sakinlər məcbur qalıb özləri həll edirlər - VİDEO

15-09-2026, 15:18           
İllərin yol problemini sakinlər məcbur qalıb özləri həll edirlər - VİDEO
Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Ülvi Bünyadzadə küçəsində illərdir asfalt problemi yaşanır.

Baku TV xəbər verir ki, sakinlər yolun vəziyyətini yaxşılaşdırmaq üçün dəfələrlə öz hesablarına müxtəlif materiallar tökdürərək təmir aparmağa çalışdıqlarını bildirirlər.


Lakin görülən işlər problemin köklü həllinə imkan verməyib. Vətəndaşların sözlərinə görə, xüsusilə, yağışlı havalarda küçədə hərəkət etmək daha da çətinləşir. Asfaltın olmaması səbəbindən yol palçığa çevrilir, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşır. Yolun vəziyyəti piyadalar üçün də ciddi çətinlik yaradır.

Sakinlərdən biri bu ərazidə yıxılaraq ayağından xəsarət aldığını deyir. Sakinlər həmçinin qeyd edirlər ki, taksi sürücüləri ünvana gəlməkdən çəkinir, təcili tibbi yardım və digər xidmət avtomobillərinin əraziyə çatması isə çətinləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]