Metropoliten yoxlayıb görüb ki, dərs ilinin ilk günü sərnişinlər nə qədər sıxlığa, havasızlığa və “qısa müddətə” dözə bilirlər.
14-09-2026, 16:52
Camaat 40 dəqiqəyə yaxın metroda qalıb, bəziləri isə bu vaxtı tuneldə keçirib. Bakı Metropoliteni də açıqlama verib ki, problem “#qısazamanda” aradan qaldırılıb. Deməli, bizdə “qısa zaman” anlayışı 30 dəqiqədən sonra başlayır. 40 dəqiqə də, yəqin, göz açıb-yumunca keçən vaxt sayılır. Tuneldə qalan sərnişinlər isə bunu hiss etməyiblər - adam qaranlıqda vaxtın necə keçdiyini bilmir axı. Bu gün sadəcə test yayımında olmuşuq. Metropoliten yoxlayıb görüb ki, dərs ilinin ilk günü sərnişinlər nə qədər sıxlığa, havasızlığa və “qısa müddətə” dözə bilirlər. Test uğurla başa çatıb. Sərnişinlər sağ-salamat çıxıbsa, deməli, sistem işləyir. Gülnar Nazimqizi