Gürcüstan öz neftini satışa çıxarır

12-09-2026, 00:17           
Gürcüstan öz neftini satışa çıxarır
Gürcüstanın Neft və Qaz Korporasiyası ölkə ərazisində hasil edilən 10 min ton xam nefti hərraca çıxarıb.

Gununsesi.info xəbər verir ki, Qara dəniz sahillərindən çıxarılan neftin qiyməti 7,29 milyon dollar təşkil edir.

Hərraca neftin iki növü – “Georgian Light” və “Georgian Heavy” çıxarılıb. Təklif olunan neftin 7 min tonunun “Georgian Light”, 3 min tonunun isə “Georgian Heavy” olacağı gözlənilir.

Hərrac 18 sentyabrda keçiriləcək. Bir xalis barelin yekun qiyməti hərrac şərtlərində göstərilən düstur əsasında ABŞ dolları ilə hesablanacaq.

Hərrac zamanı iştirakçılar əlavə endirim məbləğini hər dəfə 0,2 dollar (0,523 lari) artıracaqlar.

Hərrac başa çatdıqdan sonra əldə olunan əlavə endirim ilkin endirim məbləğindən çıxılacaq və nəticədə alınan məbləğ neft üzrə yekun endirim olacaq.

Hərracda yalnız bir iştirakçı olarsa, o, ilkin endirimdən əlavə ən azı bir addım atmalıdır. Bu isə həmin iştirakçıya təqdim olunacaq endirim məbləğinin müvafiq olaraq azalmasına səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]