“Bravo” məhsulu üzərində göstərilən qiymətdən baha satıb

12-09-2026, 00:08           
“Bravo” məhsulu üzərində göstərilən qiymətdən baha satıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN – 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.
Tribuna.az Agentlikdən açıqlanan məlumata istinadla xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da qeyd edək ki, bu il ərzində “Bravo” artıq 3-cü dəfədir eyni qayda pozuntusuna görə cərimələnib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]