İctimai nəqliyyatda bəzi şəxslərə yer vermək məcburidir - Qanun nə deyir? - VİDEO

10-09-2026, 15:38           
İctimai nəqliyyatda bəzi şəxslərə yer vermək məcburidir - Qanun nə deyir? - VİDEO
İctimai nəqliyyatda yer vermək hüquqi bir məcburiyyət olmasa da, cəmiyyətdə böyük hörmət, mədəniyyət və etika nümunəsi hesab olunur.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu ictimai nəqliyyatda digər şəxslərə yer verilməsi ilə bağlıdır.

İctimai nəqliyyatda kimə yer vermək məcburidir?

Bakı metropolitenindən istifadə qaydalarına görə, qatarda sərnişinlər əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməlidirlər. Yəni metroda bu, birbaşa sərnişinin vəzifəsi kimi göstərilib.

Hətta bu kateqoriyalara aid sərnişinlər onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərin digər sərnişinlər tərəfindən boşaldılmasını tələb edə bilərlər.

Bəs avtobusda?

Şəhərdaxili avtobuslarda məktəbəqədər yaşlı uşağı olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün xüsusi oturacaqlar nəzərdə tutulur. Qaydalara əsasən, sərnişin həmin yerləri onların tələbi ilə boşaltmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]