Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO

8-09-2026, 15:38           
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO
Məktəb təmayül tədris modelinə keçir, 9-cu sinif şagirdləri isə məktəbdən kənarlaşdırılırlar...

Bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri müraciət ediblər.

Onlar iddia edirlər ki, övladları doqquzillik ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanından 100-dən aşağı bal toplayıblar. Məktəb təmayül tədris modelinə keçdiyinə görə, onlara övladlarının başqa məktəblərə yönləndiriləcəyi bildirilib.

Valideynlər iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması barədə məlumat onlara bir neçə gün əvvəl verilib.

Onlar bildirirlər ki, gec xəbərdar edildikləri üçün qəsəbə daxilindəki məktəblərdə boş yer tapa bilmirlər. Peşə məktəblərinə qəbul üçün müraciət etməyə isə gecikiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]