Maaşınızdan pul tutula bilərmi? – Bu hallara aydınlıq gətirildi

8-09-2026, 07:44           
Maaşınızdan pul tutula bilərmi? – Bu hallara aydınlıq gətirildi
Azərbaycanda kredit borcu olan vətəndaşların əməkhaqqından bank tərəfindən məhkəmə qərarı olmadan vəsait tutulması məsələsi zaman-zaman müzakirə olunur. Bu isə borclu vətəndaşlarda bankların maaş hesabından hansı hallarda birbaşa pul tuta bilməsi ilə bağlı suallar yaradır.

Bəs bank kredit borcuna görə vətəndaşın əməkhaqqından hansı hallarda birbaşa vəsait tuta bilər?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov vətəndaş əməkhaqqını kredit götürdüyü bankdakı hesab vasitəsilə alırsa və kredit müqaviləsində vəsaitin akseptsiz tutulmasına əvvəlcədən razılıq veribsə, müəyyən hallarda bank məhkəmə qərarı olmadan pul tuta bilər deyib.
Ekspertin sözlərinə görə, burada əsas məqam vətəndaşın müqavilə ilə belə bir razılıq verməsidir:
“Əgər vətəndaşın əməkhaqqı kartı həmin bankdadırsa və o, əvvəlcədən bankla müqavilə bağlayaraq krediti ödəmədiyi halda maaşından vəsait tutulmasına razılıq veribsə, bank bunu edə bilər.
Tutulmanın qarşısını almaq üçün vətəndaş iş yerinə müraciət edərək əməkhaqqının həmin banka deyil, başqa bankdakı hesabına köçürülməsini tələb etmək hüququna malikdir. Bu halda əvvəlki bankın maaş hesabından birbaşa vəsait tutmaq imkanı olmayacaq və bank borcun qaytarılması üçün məhkəməyə müraciət etməli olacaq”, – deyə ekspert vurğulayıb.
Beləliklə, bankın kredit borcuna görə məhkəmə qərarı olmadan əməkhaqqından vəsait tutması hər bir halda mümkün deyil. Bunun üçün müvafiq hüquqi əsasların və vətəndaşın əvvəlcədən verdiyi razılığın olması tələb olunur. Eyni zamanda, əməkhaqqının tam məbləğinin və ya qanunvericiliklə müəyyən edilən həddən artıq hissəsinin özbaşına tutulması yolverilməzdir./konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]