Çirkab suları küçəyə axıdılır - Sakinlər infeksiya təhlükəsi ilə üzləşiblər - VİDEO

7-09-2026, 15:18           
Çirkab suları küçəyə axıdılır -
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri kanalizasiya xəttinin olmamasından şikayətləniblər.

Onlar bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Sakinlərin sözlərinə görə, qəsəbənin bəzi küçələrində kanalizasiya xətti mövcud deyil.


Bu səbəbdən çirkab suları küçələrə axıdılır. Onlar bildirirlər ki, problem təxminən 30 ildir davam edir.

Sakinlərin sözlərinə görə, əvvəllər çirkab suları həyətlərdə qazılan quyulara axıdılıb. Quyuların dolması ilə suların küçələrə axıdılması halları artıb.

Onlar küçədən hərəkət edən azyaşlıların da çirkab sularla təmas riski ilə üzləşdiyini bildirirlər.

Sakinlər bəzi uşaqlarda göz infeksiyası yarandığını və bununla bağlı müalicə aldıqlarını iddia edirlər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Onlar yeni kanalizasiya layihəsinin hazırlandığını, lakin layihənin təxminən 10 ildir icra edilmədiyini bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]