“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb

3-09-2026, 00:05           
“Citomed” borcunu ödəyə bilmir? –
Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “Citomed”in bağlı olduğu “Citomed” MMC-nin (VÖEN – 4401388761) dövlət büdcəsinə vergi borcu son 5 ayda 3 dəfəyə yaxın artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Citomed” MMC-nin 8 aprel 2026-cı il tarixinə olan vergi borcu 12 min 286 manat 81 qəpik olduğu halda, bu günə (2 sentyabr 2026) olan məlumata görə, bu göstərici artıq 32 min 177 manat 96 qəpiyə çatıb.
Məlumat üçün bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan “Citomed” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Quliyeva Elnarə Nəbi qızıdır.
MMC qeydiyyata alınan zaman hüquqi ünvanı Qəbələ rayonunun Tüntül kəndində yerləşib və ilk qanuni təmsiçisi də Xitilov Babək Mehman oğlu olub. Hal-hazırda MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, m. 55-də yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]