Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər — VİDEO 2-09-2026, 12:38 Çöldə yağan yağış 3-cü mərtəbədən 2-ci mərtəbəyə, ordan da birinci mərtəbəyə damır.Bu vidoenu sakin özü çəkib. Üç mərtəbəli bina qəzalı vəziyyətdədir.Tikilinin sakinləri deyirlər ki, binanın yaşayışa yararsız olmasıyla bağlı FHN-nin rəyi var.Sakinlər deyirlər ki, tikilidə yerimək belə təhlükəlidir. Ayaq basanda hər an döşəmənin çökməyindən qorxurlar.Bina o qədər köhnədir ki, müvəqqəti təmirin də faydası olmur. Ən böyük qorxuları isə yağan yağışlardır. (Xəzər TV) Facebook-da paylaş