Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ - VİDEO

2-09-2026, 15:38           
Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ - VİDEO
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada sakinlər antisanitar vəziyyətdən şikayətçidirlər.

Sakinlərin Baku TV-nin qaynar xəttinə müraciətinə əsasən, binanın zirzəmisinə çirkab suları dolur və problem artıq illərdir həll olunmur.

Onların sözlərinə görə, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəfələrlə müraciət edilib, lakin nəticə olmayıb.


Zirzəmidə uzun müddət toplanan çirkab suları kəskin qoxuya və antisanitar vəziyyətə səbəb olur. Sakinlər isti yay aylarını da bu şəraitdə keçirməyə məcbur olublar.

Problemlə yanaşı, ərazidə məişət tullantıları üçün zibil konteynerlərinin olmaması da narazılıq yaradır. Sakinlər tullantılarını başqa ərazilərdəki konteynerlərə aparmaq məcburiyyətində qaldıqlarını bildirirlər.

Sakinləri qarşıdan gələn payız mövsümü də narahat edir. Yağıntıların artması ilə zirzəmidəki çirkab sularına yağış sularının da qarışacağı və vəziyyətin daha da ağırlaşacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]