Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız... - VİDEO

1-09-2026, 00:12           
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız... - VİDEO
Nabranda “Palermo” adlı klubda göstərilən xidmət və qiymətlərlə bağlı sosial şəbəkədə narazılıq ifadə olunub.

Bizimesr.media xəbər verir ki, bu barədə Nigar Əmirbəyova sosial media hesabında paylaşım edib.

O, paylaşımında obyektin müştərilərə təqdim etdiyi hesabda depozit məbləğinin göstərilməsini və masaya təqdim olunan məhsulların qiymətlərini tənqid edib. Nigar Əmirbəyova xüsusilə qarpızın qiymətinə diqqət çəkərək, onun 35 manata hesablandığını bildirib. Xanım Əmirbəyova təqdim olunan qarpızın vəziyyətinin də qənaətbəxş olmadığını iddia edib.Bir kənarı qopardılan talon və bunu deyən yazı "Kimden QAiMa FAKTURA No 0084500 Gol 4 0202_80_93 202.611 Il ပ y3bl ime Sira No-si Malin อตเ 2 1 Unyan 3 Qa2siz ga2sızsu sue Lepazit / (manal) 5 35 5 6 7 6 so 8 9 10 11 12 13 1016 14 15" şəkili ola bilər

“Camaatı yoxlamağın məncə son stadiyası...” ifadəsi ilə başlayan paylaşımda hesabın içində depozit məbləğinin göstərilməsi də sual altına alınıb.

Müəllif eyni zamanda Nabranın “Palermo” klubunu və ümumilikdə turizm obyektlərini xidmət səviyyəsinə görə tənqid edərək, restoran, kafe və klublara nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Paylaşımda, həmçinin, turizmin inkişafından danışıldığı halda bəzi obyektlərdə müştəriyə göstərilən xidmət və qiymət siyasətinin narazılıq doğurduğu qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]