“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir” 31-08-2026, 12:38 Şikayətim “Leobank”dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir.Tribuna.az xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:“Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdılar 28 avqusta kimi.Nəticə yoxdur. 1 sentyabrdan isə həmin məbləğin 2,5 manat faizi üstünə gələcək. Kartı bağlatdıracam birdəfəlik.Mən özümü zibilə saldım, siz salmıyın.Gah geriödənişi tətbiqdə bildirişini göndərib geriqaytarmırlar, gah da belə.“Leobank” 527,69 manat tam ödəndiyi halda, 1 sentyabrdan faiz gəlsə mən 1 qəpik ödəmiyəcəm”.Şikayətlə bağlı “Leobank”a sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik. Facebook-da paylaş