Son zamanlar yeni termin ortaya çıxıb – “əbədi dostluq”.

31-08-2026, 15:08           
Son zamanlar yeni termin ortaya çıxıb –
Açığı, mən Azərbaycanla Özbəkistan arasında bağlanan “əbədi dostluq” müqaviləsini hardasa anlaya bilirəm. Biz istəsək də, istəməsək də, bir-birimizi bəyənsək də, bəyənməsək də iki qardaş dövlətlərik, eyni millətin nümayəndələriyik. Və bu xüsusiyyətimiz qiyamatə qədər davam edəcək. Sözsüz ki, bizim “əbədi dostluq” müqavilələri bağlamağımızda bəlkə də qeyri-adi bir şey yoxdur. Amma Qırğızlarla Çinllilər arasında nə “əbədi dostluq”? Tarix boyu bu iki xalq arasında saysız-hesabsız müharibələr, mübahisələr olub. Ərəblərin Çinə qarşı apardığı Talas müharibəsinin taleyini Qırğız igidlərinin prosesə müdaxiləsi dəyişib. Məhz Talas savaşında aldıqları ölümcül yaradan sonra çinlilər bir daha Mərkəzi Asiyaya ayaq basmaqdan çəkinib və ya iki dəfə düşünməli olub.
Di gəl ki, Çin Prezidenti Si Cinpin ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında bu gün imzalanan müqavilə Əbədi Qonşuluq və Dostluq Müqaviləsi adlanır. Heç olmasa, Çin və Rusiya bağladığımız müqavilələrə bu boğazdan yuxarı adları qoymayaq. Yoxsa, gələcək nəsillərimiz belə donqili əbədi dostluq müqavilələrinin adını oxuyanda belə, Məmməd Arazın məşhur sözlərini xatırlayacaq:
“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”.
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]