Mədəniyyət naziri Adil Kərimliyə SƏRT SÖZLƏR - "Sənin orada nə itin azıb..."

30-08-2026, 00:10           
Mədəniyyət naziri Adil Kərimliyə SƏRT SÖZLƏR -
Sabiq deputat Etibar Əliyev Mədəniyyət naziri Adil Kərimlinin Laçında vətəndaşlarla görüş keçirməsinə sərt münasibət bildirib.
SAVASHMEDIA.az xəbər verir ki, o, sosial şəbəkə hesabında nazirin Laçında vətəndaşların müraciətlərini dinləməsini tənqid edib.

“Baxıram ki, Mədəniyyət nazirimiz Adil Kərimli Laçına gedibmiş, və vətəndaşların müraciətlərini dinləyibMİŞ. Adamdan soruşan gərəkdir ki, sənin orada nə itin azıb axı? Bakının özündə 100 dənə 101 dərdi olan mədəniyyət adamı var, belə qəbul keçirənsən, onları qəbul elə də...”, - sabiq deputat yazıb.

Etibar Əliyev Laçın sakinlərinin müraciətlərinin digər dövlət qurumları tərəfindən dinlənilməsinin daha məqsədəuyğun olduğunu bildirib:

“Laçınlıları qoy Qaçqınkom qəbul eləsin, İqtisadiyyat naziri, Kənd təsərrüfatı naziri qəbul eləsin. İndi fikir məni alıb ki, görəsən laçınlılar Mədəniyyət nazirindən nə xahiş ediblər?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]