Kəndlərin boşalması sürətlənəcək.

3-09-2026, 12:04           
Kəndlərin boşalması sürətlənəcək.
Sentyabrın 1-dən sudan istifadəyə görə yeni ödənişlər qüvvəyə minir. Xəzər dənizindən, çay və göllərdən, hətta yeraltı sulardan götürüləcək suya görə ödəniş etmək lazım gələcək. Sənaye məqsədilə dənizdən götürülən hər 100 kubmetr suya görə 40 qəpik tələb olunur. Çay və göllərdən əldə olunan bu qədər su 4 manata başa gələcək. Yeraltı suların ödənişi isə heyrət doğurur: hər 100 kubmetrə görə 40 manat.
Örüş yerləri ələ keçirilib, mal-qaranı otlamaq üçün göndərməyə ərazi tapılmır. Suvarma mənbələri də inhisardadır.
Kəndə tövlə tikmək standartları da gətirilib. Əməl etməsə, cərimələnəcək. Meşə massivindən giləmeyvə toplayanlar da cərimələnir.
Evi isitmək üçün meşədən bircə budaq gətirsə, yenə ağır cəza alacaq. Qaz olsa belə, pulunu ödəmək üçün qazanc yeri yoxdur.
Bəs kəndli necə həyatda qalsın?
Gülnar Abbasova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]