“İzmir” restoranından qalxan sədalar ətraf sakinləri narahat edir - VİDEO

29-08-2026, 00:05           
“İzmir” restoranından qalxan sədalar ətraf sakinləri narahat edir - VİDEO
Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.
TEREF Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən “İzmir” restoranındandır.

İnşaatçılar prospektindəki 33-a ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaşayış kompleksinin sakinləri yay mövsümü başalayandan gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.

Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]