Siyəzəndə güclü küləyin fəsadları niyə aradan qaldırılmır? - VİDEO

2-01-2024, 07:44           
Siyəzəndə güclü küləyin fəsadları niyə aradan qaldırılmır? - VİDEO
Siyəzəndə bir həftə əvvəl güclü küləyin törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıb.
Xezerxeber.az-ın məlumatına görə, Siyəzəndə dekabrın 23-də güclü külək çox sayda fərdi yaşayış evlərinə və çoxmərtəbəli binalara ziyan vurub. Dam örtükləri sıradan çıxıb, hasarlar aşıb, avtomobillərə ziyan dəyib.
Sakinlər bildiriblər ki, onların problemləri ilə maraqlanan yoxdur. Binanın dam örtüyü olmadığından mənzilllər yağış yağanda yararsız hala düşə bilər. Güclü külək Heydər Əliyev prospektindəki iki çoxmərtəbəli binanın dam örtüyünü qoparıb. Yağan yağış sakinlərin evlərinə dolub. Təmiri yenicə bitirən ev sahibləri narahat qaldıqlarını bildiriblər.
Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərəri dəqiqləşdirib və aktlaşdırıb. Hazırda dəymiş ziyanın ödənilməsi ilə bağlı işlər görülür.
Qeyd edək ki, şimal bölgəsində külək ən çox Siyəzən rayonuna ziyan vurub.
Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]