Bu gündən yeni tariflər qüvvəyə minir - RƏSMİ

25-07-2023, 14:44           
Bu gündən yeni tariflər qüvvəyə minir - RƏSMİ
Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.

Qeyd edək ki, qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]