İran Hörmüz boğazını tamamilə bağladığını açıqladı

7-09-2026, 09:26           
İran Hörmüz boğazını tamamilə bağladığını açıqladı
"Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb".

"Press TV" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.

Onun sözlərinə görə, İran hərbçiləri boğazdan keçməyə cəhd edən ABŞ gəmilərini atəşə tutur, lakin ətraf mühitə zərər vurmamaq üçün onları batırmırlar.

"İran neft daşıdıqları üçün qaçaqmalçılıqla məşğul olan ABŞ gəmilərini batırmamaq qərarına gəlib. Çünki bu, regionun ətraf mühitinə zərər vurardı", - deyə Rezai bildirib.

Daha əvvəl "Financial Times" mənbələrə istinadən ABŞ-nin Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı dörd ay ərzində gizli əməliyyat apardığını yazıb. Bunun üçün xüsusi təyinatlı qüvvələrin dalğıclarından, robotlaşdırılmış qayıqlardan və xüsusi sualtı aparatlardan istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]