Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib

7-09-2026, 07:45           
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasının mümkün olduğunu, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlərin yalnız ölkə liderləri səviyyəsində həll edilə biləcəyini bildirib.

APA xəbər verir ki, Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya, daha sonra isə Ukraynaya səfər etməklə danışıqlar prosesini yenidən başladıb. O, tərəflərin danışıqları bərpa etmək üçün hər şeyi edəcəyini deyib.

Ukrayna Prezidenti ərazi məsələsinin hələ də gündəmdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik təminatları və Ukraynanın gələcəyi də müzakirə olunur.

Zelenski bildirib ki, Ukrayna, Avropa və ABŞ yaxın vaxtlarda bir araya gələcək. Görüşün harada keçiriləcəyi hələ məlum deyil, lakin onun Ukraynada baş tutması da istisna edilmir.

Zelenski onu da əlavə edib ki, ABŞ nümayəndələri ilə Ukraynanın rifah planı da müzakirə olunub. Zelenski üçün əsas məsələlərdən birinin müharibədən sonra ölkənin təhlükəsizliyini təmin edəcək güclü təhlükəsizlik və iqtisadi zəmanətlərin əldə olunması olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]